Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Naxçıvan ədəbi mühiti
  20.11.2014

   20 noyabr 2014-cü il tarixində kitabxanada "Naxçıvan ədəbi mühiti" adlı sərgi təşkil edilmişdir. Sərgidə 60 kitab nümayiş edilmişdir. Sərgidə Elman Həbibin “Heydərnamə”, “İnsan”, “Məmləkətim, məhəbbətim", “Mənəmliyin süqutu”, Hüseyn Cavidin “Naxçıvan”, Məmməd Arazın “Dünya sənin, dünya mənim...”, Yavuz Axundlunun “Ürəyimdən keçənlər” “Naxçıvan yurdum mənim”, “Mənim əbədi dünyam”, “Məmməd Səid Ordubadi”, Hüseyn İbrahimovun “Əsrin onda biri” “Seçilmiş əsərləri”, Asim Yadigarın “Bir nurlu heykəl yarat”, “Midiyanın süqutu”, “Hər şeyin sonu var”, Rəhilə Elçinin ”Heydərnamə”, “Səndən sonra “ I cild, “Milli qəhrəmanım, vətən qürurum", Vaqif Məmmədovun “Zirvədən baxanda”, “Qeyrət qalası”, “Arazdan keçə bildim”, “Dənizə qar yağırdı", Yusif Səfərovun “Əsərləri”,“Naxçıvan aşıq ədəbi mühiti”, Məmməd Səid Ordubadinin “Həyatım və mühitim", Əbülfəz Muxtaroğlunun “Deyimlərim, yozumlarım”, “İkinci görüş”, Məhəmməd Tağı Sidqinin “Əsərləri”, Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”, Hüseyn Razinin “Ömür keçdi", İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Cəlil Məmmədquluzadənin mühiti və müasirləri” Firudin Süleymanoğlunun “Kəhrizlərin pıçıltısı”, “Bir ömrün izi”, Xanəli Kərimlinin “Payız duyğuları”, Ələsgər Nehrəmlinin “Həsrət”, “Sevgi yağışları”, Əbülfəz Əsgərlinin “Həsrət”, “Dərd”, Hüseyn Həşimlinin “Azərbaycan poeziyasında sonet və terset”, Nazlı Hacılının “Naxçıvana gəl”, “Yuxularım çin olacaq”, “Qəzəllər”, “İki günah”, Kəmalə Ağayevanın “Bir gül kimi”, Həsənəli Eyvazlı “Həqiqətin divanı”, “Ərtoğrol Cavid yaxud, bir ailənin dramı”, “Nədir bu sevgini yaşadan belə”, Ə.Ülvinin “Bu dünyanın cənnəti”, Səhlabın “Cəngavərin ölümü”, İslam Səfərlinin “Seçilmiş əsərləri”, Heyran xanımın “Seçilmiş əsərləri”, Abdulla Qurbaninin “Yenilməz qalanın müdafiəsində”, Müzəffər Nəsirlinin “Mənim respublikam”, Qafar Qəribin “Qədim-yeni Naxçıvanım”, Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” Həsən Elsevərin “Məhəbbəti daşa toxunan gözəl”, Qanun Ümman Qahablının “Mənim duyğu dənizim” və s. naxçıvanlı şair və yazıçıların kitabları nümayiş edilmişdir.Sərgi daimidir və ilboyu nümayiş ediləcək.