Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   İslam Rzayevin anadan olmasının 80 illiyi
  19.11.2014

   19 noyabr 2014-cü il tarixində kitabxanada Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti İslam Rzayevin anadan olmasının 80 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin Nailə Əsədova "El səni soracaq Zabul-segah"dan adlı mövzu ilə çıxış etmişdir. Çıxışda bildirilmişdir ki, İslam Rzayev sənətsevərlərin yaddaşında bənzərsiz xanəndə, mahir pedaqoq, bacarıqlı ansambl rəhbəri, ən ümdəsi isə gözəl insan kimi qalmışdır. Klassik muğam ifaçılarına xas olan keyfiyyətləri özündə cəmləşdirən və musiqi sənətimizi öz dəst-xətti ilə zənginləşdirən İslam Rzayevin oxuduğu mahnılar, ifa etdiyi ariya, ayrı-ayrı filmlərdə səslənən nəğmələr həmişəyaşar musiqi xəzinəmizə daxil olmuş əvəzsiz incilərdir. İfasında səslənmiş 200-ə yaxın muğam, təsnif, xalq, bəstəkar mahniları musiqi xəzinəmizin qızıl fondunda saxlanılır. Tədbirin sonunda elektron lövhədə xanəndənin mahnıları dinlənilmişdir. Tədbirə Musiqi-not şöbəsinin oxucuları dəvət edilmişdir.Tədbirdə 36 nəfər iştirak etmişdir