Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   12 Noyabr-Konstitusiya Günü
  6.11.2014

   06 noyabr 2014-cü il tarixində kitabxanada "12 Noyabr-Konstitusiya Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə 20 kitab nümayiş edilmişdir. Sərgidə "Azərbaycan Respublikasının Konstitusiyası", "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası", "Naxçıvan Muxtar Respublikasının Qanunu", "Naxçıvan MR Ali Məclisinə seçkilər haqqında Naxçıvan MR-nın Qanunu", "Mühakimə və insan haqları","Ümumi hüquq və dövlət nəzəriyyəsi","Gümrü, Moskva və Qars müqavilələri", "Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu", Ziyafət Əsgərovun “Konstitusiya hüququ”, Mirşahin Mirişli, Elşən Hüseynovun “Azərbaycan vətəndaşının konstitusion vəzifələri”, Aqşin Quliyevin ”XII-XVI əsrlərdə Azərbaycanın siyasi-hüquqi fikrində qanun və qanunçuluq problemi”, Həcər Qasımovanın “Xarici əlaqələr hüququ”, Hacılı Rəşidin “Gün işığı bələdçisi”, "Xarici ölkələrin konstitusiya (dövlət) hüququ I-II cildlər", Yunis Xəlilovun “Azərbaycan Respublikasının Konstitusiyasına dair 555 sual-555 cavab", “Azərbaycan Respublikası Konstitusiyasına dair suallar, test nümunələri, məsələlər və kazuslar", “Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəalarının şərhi”,Rahib Əkbərov, Sadiq Səlimovun “Azərbaycanın Dövlət və hüquq tarixi” və s. kitablar nümayiş edilmişdir. Sərgi noyabr ayının ortalarınadək nümayiş ediləcəkdir.