Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   MKS-də çalışanlara metodik köməklik məqsədilə seminar
  31.10.2014

   31 oktyabr 2014-cü il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ilə birlikdə rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana sistemlərində çalışanlara metodik köməklik məqsədilə seminar keçirilmişdir.Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Seminarda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdirləri Tamella Əsgərovanın, Südabə Heydərovanın, Minayə Nəbisoyun, Yeganə Rüstəmovanın və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının böyük kitabxanaçısı Səfa Orucovanın çıxışları olmuşdur. Çıxışlarda komplektləşdirmə üzrə görülən işlərdən bəhs edilmişdir. Həmçinin kitabxana fondunda işin təşkili, kitabxanaya oxucu cəlbi və kütləvi tədbirlərin keçirilməsində yeni forma və metodlar haqqında seminar iştirakçılarına məlumatlar verilmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.Tədbirə MKS-in direktorları və şöbə müdirləri dəvət edilmişdir. Tədbirdə 80 nəfər iştirak etmişdir.