Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Musiqi Günü
  1.10.2014

   01 oktyabr 2014-cü il tarixində kitabxanada "Beynəlxalq Musiqi Günü"nə həsr edilmiş konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "1 Oktyabr-Beynəlxalq Musiqi Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Azərbaycan musiqisi beynəlxalq aləmdə" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, Beynəlxalq Musiqi Günü UNESKO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilmişdir. Həmin gün möhtəşəm konsert proqramlarında dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir. Musiqi həmişəyaşardır. insanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət durduqca var olacaqdır.Prezident İlham Əliyevin və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın apardığı siyasət "Avroviziya" kimi qlobal miqyaslı musiqi yarışmasında da nəticə verdi. "Avroviziya-2011" mahnı müsabiqəsində ölkəmizin qələbəsi, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin qələbəsi oldu.Tədbirin sonunda "Beynəlxalq Musiqi Günü" adlı sərgiyə baxış keçirildi. Tədirə Musiqi-not şöbəsinin oxucuları dəvət edilmişdir. Tədbirdə 30 nəfər iştirak etmişdir.