Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi
  16.9.2014

   16 sentyabr 2014-cü il tarixində kitabxanada görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. O, çıxışında bildirmişdir ki, M.T.Sidqi Azərbaycan ədəbi-ictimai mühitində maarifçi, şair, nasir və publisist kimi tanınmışdır.Qüdrətli pedaqoq, şair və publisist Naxçıvan maarifində elə bir xidmət göstərmişdir ki, yaratdığı xariqələrin əks sədası hələ sağlığında bütün Qafqaza yayılmışdı. Maarif və mədəniyyət meydanına Ordubadda təşkil olunmuş “Əncüməni-şüəra” adlı şairlər məclisində atılan bu işıqlı Azərbaycan ziyalısı Naxçıvan şəhərində təşkil etdiyi “Məktəbi-tərbiyə”də fəaliyyətini davam etdirmiş, yazıb-yaratmışdır.Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhvələr verən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli "Əxtər" məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda "Tərbiyə" məktəbinin əsasını qoymuşdur.Onun yaradıcılığında vətən, millət və dil anlayışları xüsusi əhəmiyyət kəsb edir.Ustad sənətkar Cəlil Məmmədquluzadənin təkidli xahişi ilə Naxçıvan şəhər mühitinə daxil olan Sidqi burada teatr həyatının inkişafında da müstəsna xidmətlər göstərmişdir.Kitabxanaçı-biblioqraf Nuray Paşayeva ədibin kitabxananın fondunda olan əsərləri haqqında məlumat verdi.Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirin sonunda "Məhəmməd Tağı Sidqi-160" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 30 nəfər iştirak etdi.