Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi
  10.9.2014

   10 sentyabr 2014-cü il tarixində kitabxanada görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi münasibətilə "Məhəmməd Tağı Sidqi-160" adlı sərgi təşkil edilmişdir. Sərgidə 20 çap məhsulu (kitab, jurnal və qəzet)nümayiş edilmişdir. Sərgidə Məhəmməd Tağı Sidqinin “Əsərləri”, "Məktəb hekayətləri”, İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, Əsgər Qədimovun “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı”, Fəqir Ordubadinin “Ağlar qələm əlimdə”, Kamal Talıbzadə “Azərbaycan ədəbi tənqidinin tarixi”, Cəlil Məmmədquluzadənin “Əsərləri” IIIc.,Cəlil Məmmədquluzadə ensiklopediyası, XIX əsr Azərbaycan ədəbiyyatı, Molla Nəsrəddin, Azərbaycan ədəbiyyatı tarixi, Sərəncam. Şərq qapısı, 2014, 21 avqust., 2004, 25 may.,2005, 24 iyun.,2009, 11 aprel., 2008, 20 fevral., Azərbaycan məktəbi-80, 2004, №2, səh.81-86.,Elm və həyat, 1962 , №8, səh.16-17 və s. ədəbiyyatlar nümayiş edilımişdir.Sərgi sentyabr ayının axırlarınadək nümayiş ediləcək.