Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  8.9.2014

   08 sentyabr 2014-cü il tarixində kitabxanada "Yeni kitablar" adlı daimi sərgi daha yeni kitablarla zənginləşdirilmişdir. Sərgidə 25 kitab nümayiş edilmişdir. Sərgidə "Azərbaycan 2013-2003. Əsrə bərabər illər. Dövlət quruculuğu", "Humanitar siyasət", "İqtisadiyyat", "1918 Azərbaycan qırğınları şəkil və sənədlərdə", Solmaz Rüstəmova-Tohidinin “Quba aprel-may 1918-ci il müsəlman qırğınları sənədlərdə”, Adil Məmmədovun “Naxçıvan cərrahiyyəsinin inkişaf tarixi”, Nizami Muradoğlunun “Sözün Məmməd Araz zirvəsi”, Cəlil Məmmədquluzadənin “Cümhuriyyət”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Oruc Həsənlinin “Diyarşünaslıq”, Ədalət Cəfəroğlu “İrəvanda xal qalmadı”, Hüseyn Həşimlinin “Səid Səlmasi”,Sona Teymurbəyli-Rəhimlinin “Xəyanət”, “Xəcalət”, Oruc Həsənli, Kamal Camalovun “Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı”, Firudin Süleymanoğlunun “Kəhrizlərin pıçıltısı”, Xanəli Kərimlinin “Payız duyğuları”,Fəxrəddin Teymuroğlunun “Unutsan unudularsan”, Ələsgər Talıboğlunun “Vətən nəğmələri” və s. ədəbiyyatlar nümayiş edilmişdir. Sərgi daimi olduğu üçün ilboyu nümayiş edilir.