Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  29.8.2014

   29 avqust 2014-cü il tarixində kitabxanada "Kitabxana Günü" münasibətilə "Oxuculara informasiya və biblioqrafik xidmətin təşkili" mövzusunda məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova "Oxuculara informasiya və biblioqrafik xidmətin təşkili" adlı məruzə ilə çıxış etmişdir. O, məruzəsində bildirmişdir ki,oxuculara istədikləri informasiyanı vaxtlı-vaxtında vermək və biblioqrafik xidmət göstərmək əsas məqsədimizdir. Həmçinin oxuculara biblioqrafik mənbələrdən-kataloq, kartoteka, göstərici və müxtəlif məlumat ədəbiyyatından müstəqil istifadə etməyi və onlara lazım olan ədəbiyyatı seçmək bacarığını öyrətməkdən ibarətdir.Biblioqrafik biliklərin təbliği kitabxana işinin mühüm sahəsidir. Bu iş planlaşdırılmış surətdə aparılır. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 25 nəfər iştirak etmişdir.