Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Azərbaycan Muğamı Günü
  22.8.2014

   22 avqust 2014-cü il tarixində kitabxanada "Beynəlxalq Azərbaycan Muğamı Günü"nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Böyük kitabxanaçı Sevda Rzayeva "Beynəlxalq Azərbaycan Muğamı" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, bu gün Azərbaycan muğamı bütün dünyanı dolaşmaqdadır.Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Ünlü sənətçilərimizin ifasında bu ecazkar sənət Şərq-Qərb anlaşmasını, yaxınlaşmasını və vəhdətini təmin etmək baxımından əvəzsiz mənbədir. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. Tədbirin sonunda "Beynəlxalq Azərbaycan Muğamı Günü"adlı sərgiyə baxış keçirildi. Tədbirə Musiqi-not şöbəsinin oxucuları dəvət edilmişdir.Tədbirdə 28 nəfər iştirak etmişdir.