Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Azərbaycan Muğamı Günü
  19.8.2014

   19 avqust 2014-cü il tarixində kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə 22 kitab nümayiş edilmişdir. Sərgidə R. Zöhrabovun “Muğam”, F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri”, “Cabbar Qaryağdıoğlu”, “Şərq musiqisinin peyğəmbəri”, “Xan Şuşinski”, Z.Səfərovanın “Azərbaycan musiqi elmi”, F.Əzimlinin “Azərbaycan muğam məktəbi”, R.Zöhrabovun “Azərbaycan zərbi- muğamları”, E.Mansurovun “ Mansurovlar”, T.Bakıxanovun “Simfonik muğam dünyası”, “Rahab” simfonik muğamı, “Şahnaz” simfonik muğamı, “Nəva” simfonik muğamı, F.Əmirovun “Şur”, simfonik muğamı, R. Məmmədovanın “Muğam- sonata qovşağı”, Niyazinin “Rast” simfonik muğamı, “Qarabağ xanəndələri” CD, “ Bəhram Mansurov” CD və s. ədəbiyyatlar nümayiş edilmişdir. Sərgi avqust ayının sonunadək nümayiş ediləcək.