Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının erməni qəsbkarları tərəfindən işğalı günü
  15.8.2014

   15 avqust 2014-cü il tarixində kitabxanada Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının erməni qəsbkarları tərəfindən işğalı günü ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva "Füzuli-Qarabağın dilbər guşəsi" adlı məruzə ilə çıxış etmişdir. İnformasiya bölməsinin müdiri Nuridə Səfərova "Düşmən təcavüzunə məruz qalan torpaqlarımız" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1988-1993-cü illərdə respublikada baş verən hərc-mərclik o dövrdə ölkəyə başçılıq edənlərin bacarıqsızlığının və ciddi səhvlərinin nəticəsi idi. O illərdə Azərbaycanın səriştəli rəhbəri yox idi., düşmən isə hiyləgər və xəyanətkar idi. Yağı başa düşürdü ki, illərlə arzusunda olduğu məqsədə çatmaq üçün Azərbaycana hücum etməyin, Qarabağı işğal etməyin ən münasib vaxtıdır. Beləcə, Qarabağın şəhər və rayonları bir-birinin ardınca işğal edildi.Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan məhv olmaqdan xilas edildi,torpaqlarımızın işğalı dayandırıldı. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 25 nəfər iştirak etdi.