Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü
  23.7.2014

   23 iyul 2014-cü il tarixində kitabxanada Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı gününə həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Ağdam rayonunun işğalından 21 il keçir" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd- yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.Tədbirdə 25 nəfər iştirak etdi.