Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Bəstəkar Tofiq Bakıxanovla görüş
  1.7.2014

   01 iyul 2014-cü il tarixində bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə görüşü keçirilmişdir. Görüşdə Tofiq Bakıxanov bildirdi ki, kitabxanaya daxil olarkən ulu babam Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyi münasibətilə yaradılmış sərgini gördükdə çox sevindim.O, kitabxana rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bəstəkar Tofiq Bakıxanova yazıçı, diplomat,ensiklopedik biliyə malik olan Abbaqulu ağa Bakıxanovun ildönümü ilə bağlı kitabxanada keçirilən tədbirlər haqqında məlumat verdi.Bəstəkar Tofiq Bakıxanov kitabxanaya üç - "Qüdsi əbədiyyəti", "Tofiq Bakıxanovun Simfonik müğam dünyası" və "Тофик Бакиханов: Живу музыкой" adlı kitabları hədiyyə etdi.Görüşün sonunda xatirə şəkli çəkildi.