Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   15 İyun Milli Qurtuluş Günü
  11.6.2014

   11 iyun 2014-cü il tarixində kitabxanada "15 İyun Milli Qurtuluş Günü"nə həsr edilmiş "Qurtuluşdan intibaha" adlı konfrans keçirilmişdir. Konfransı Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.Kitabxananın musiqi-not şöbəsinin müdiri Nailə Əsədova “Böyük xilaskarlığın tarixi nümunəsi” mövzusunda məruzə ilə çıxış etmişdir.Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər salarkən aydın olur ki, ulu öndərin genişmiqyaslı fəaliyyətində müxtəlif xarakterli xilaskarlıq missiyası xüsusi mərhələ təşkil edir.1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizi durğunluqdan, ətalətdən, gerilikdən xilas etmiş, respublikamızı əsl inkişaf yoluna çıxarmışdır. Qeyd edilmişdir ki, 15 iyun 1993-cü ildə keçirilən Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında görkəmli dövlət xadimi Heydər Əliyev Ali Sovetin Sədri seçilmişdir. Həmin tarixi gündən etibarən ulu öndər Azərbaycanın qurtuluşu naminə xilaskarlıq missiyasına başlamışdır. Ona görə də 15 iyun Azərbaycanın ən yeni dövr tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Minayə Nəbisoyun "Azərbaycanı dünyaya saydıran insan", Sevda Rzayevanın "Qurtuluşdan intibaha" adlı mövzularla çıxışları olmuşdur. Tədbirin sonunda tədbir iştirakçıları əlamətdar gün münasibətilə təşkil edilmiş sərgiyə baxmışlar.Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 30 nəfər iştirak etmişdir.