Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Naxçıvan tarixi" adlı üçcildli kitabın birinci cildinin müzakirəsi
  27.5.2014

   27 may 2014-cü il tarixində kitabxanada "Naxçıvan tarixi" adlı üçcildli kitabın birinci cildinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq kitab haqqında ümumi məlumat verdi. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Naxçıvan-Azərbaycanın qədim mədəniyyət mərkəzi", kitabxanaçı Gülşən Allahverdiyeva "Naxçıvan qədim dövrdə", İnformasiya bölməsinin müdiri Nuridə Səfərova "Naxçıvan XIII-XV əsrlərdə", böyük kitabxanaçı Nuriyyə Cəfərova "Naxçıvan Səfəvilər dövründə" adlı mövzularla çıxış etdilər.Çıxışlarda qədim dövrdən başlayaraq, Səfəvilər dövrünə qədər olan müddətdə Naxçıvanın həyatı, əhalisi iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, kənd təsərrüfatı və s. haqqında geniş məlumatlar verildi.Tədbirə Naxçıvan Texniki Kollecin tələbələri dəvət edilmişdir. Tədbirdə 42 nəfər iştirak etdi.