Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi
  16.5.2014

   16 may 2014-cü il tarixində kitabxanada xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açdı. Tədbirin ədəbi hissəsində böyük kitabxanaçı Vəsilə Cəfərova İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Zal müdiri Mehriban Mahmudova "İlyas Əfəndiyevin publisistikası" adlı mövzu ilə çıxış etdi.Məruzə və çıxışlarda bildirilmişdir ki,yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur.Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən, aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır. Tədbirin bədii hissəsində elektron lövhədə İlyas Əfəndiyevin haqqında videofilmlərə baxış keçiridi. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirin sonunda "İlyas Əfəndiyev-100" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 42 nəfər iştirak etdi.