Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi
  7.5.2014

   07 may 2014-cü il tarixində kitabxanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Azərbaycanın özü qədər əbədi lideri" adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, hər xalqın seçilən, tarixin çətin anlarında ona yol göstərən, böyük tarixi dönüşlər zamanı düzgün istiqamət seçərək onu büdrəməkdən xilas edən bir tarixi şəxsiyyəti olur.Ulu tanrının qisməti kimi göndərilən belə tarixi şəxsiyyətlərin ən ünlüsü tariximizin şərəfli səhifələrini yazmış böyük siyasi xadim, böyük vətənpərvər, böyük insan, böyük azərbaycanlı Heydər Əliyev olmuşdur. Ulu öndərin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir və onun milləti, xalqı, dövləti, bütövlükdə vətəni üçün gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin kompüter mütəxəssisi Nuray Paşayeva "Ən böyük Azərbaycanlı" adlı məruzə ilə çıxış etdi. O, məruzəsində bütün azərbaycanlıların əvəzsiz və böyük oğlu, siyasət aləmində xüsusi dəsti-xətti olan, Azərbaycan xalqının dünyaya bəxş etdiyi fenomen şəxsiyyət, sağlığında qəlblərdə özünə əbədi heykəl ucaldan Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. Sonra məruzə ətrafında çıxışlar oldu. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Heydər Əliyev və Azərbaycan mədəni irsi", kitabxanaçı İradə Kərimova "Heydər Əliyev və Naxçıvan" adlı mövzularla çıxış etdilər. Tədbirin sonunda Heydər Əliyev guşəsinə baxış keçirildi. Tədbirdə 45 nəfər iştirak etdi.