Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Yeni kitablar" sərgisi
  1.5.2014

   01 may 2014-cü il tarixində kitabxanada "Yeni kitablar" sərgisi daha yeni kitablarla zənginləşdirildi. Sərgidə "Naxçıvan əhalisinin etnogenezi tarixindən", Kamran Əliyevin “Cavid möcüzəsi“,“Abbas Zamanov olmasaydı”,“Tənqidin poetikası”, Fərman Xəlilovun “Mirzə Əli Möcüzün əlyazmaları“, Şəfaət Mehdiyevin “Ərk qalası“,Nəzakət İsmayılovanın “Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə yaxud “varlıq“ ədəbi məktəbinin nümayəndələri”,Tacir Səmiminin “Qədim Oğuz yurdunun Düzkənd kəndi“, Əminə Zalovanın “Azərbaycan ədəbiyyatında Fransa mövzusu“, Nazlı Hacılının “Yuxularım çin olacaq”, Sevinc Abbasovanın “Azərbaycanın Beynəlxalq əlaqələrində nikahı diplomatiyası (qədim dövr – XVIII), Əbülfəz Əzimli Tahiroğlunun “Folklor cilası : poetik hərəkət. Bayatıdan dastana, duyğudan duyğuya !:“, Əbülfəz Ülvinin “Sənin xətrinə“, Gülşən Əliyeva Kəngərlinin “Azərbaycan füzulişünaslığı“, Mircəlal Xanarazın “Eşq məbədi”, Heydər Vənəndinin “Üç qonşu”, Uşaq ədəbiyyatı “Poema və pyeslər“, Uşaq ədəbiyyatı “Təmsillər“, Uşaq ədəbiyyatı “Şeir və hekayələr “ və s. ədəbiyyatlar nümayiş edilir. Sərgi ilboyu nümayiş edilir.