Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Rəqs Günü
  29.04.2014

   29 aprel 2014-cü il tarixində kitabxanada "Beynəlxalq Rəqs Günü" münasibətilə yığıncaq keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, bir-birindən maraqlı rəqslərimiz nəinki Azərbaycanda, dünyanın böyük konsert salonlarında sevilir. Folklor, qədim xalq oyunları, rəqs havaları milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur."Tərəkəmə", "Naz eləmə", "Turacı", "Uzundərə", "Qoçəli", "Heyvagülü", "Vağzalı" xalq rəqslərinə tamaşa etmək kifayətdir ki, xalqımızın zəngin musiqiyə, köklü adət-ənənəyə bağlı olduğunu duyasan.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "29 Aprel Beynəlxalq Rəqs Günü"dür adlı məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanda daxili məzmunu, gözəlliyi, incəliyi, şuxluğu ilə səciyyələnən beş yüzdən çox oyun havası var. Bu əvəzsiz xəzinədən və tükənməz mənəvi zənginlikdən xalqımız əsrlər boyu istifadə etmiş və indi də istifadə etməkdədir. Müasir dövrdə Azərbaycan xalq rəqslərini səhnəyə çıxarmaq və inkişaf etdirmək ağırlığını Əminə Dilbazi, Roza Cəlilova, Xoşbəxt Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov və digər sənətkarlar çiyinləri üzərinə götürmüşlər.Tədbirin sonunda elektron lövhədə xalq rəqslərimizin bir neçəsinə baxış keçirildi.Tədbirə Musiqi-not şöbəsinin oxucuları dəvət olunmuşdur. Tədbirdə 38 nəfər iştirak etdi.