Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
  23.4.2014

   23 aprel 2014-cü il tarixində kitabxanada "Ümumdünya Kitab və Müəllif Hüquqları Günü"nə həsr edilmiş konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, Müəlliflik hüququ əqli mülkiyyətin ən vacib, mürəkkəb və dəyərli bir hissəsidir.Sifarişlə yaradılan ilk müəlliflik əsərlərinin əsası Şərqdə qoyulub. Firdovsinin "Şahnamə"sini Sultan Mahmud Qəznəvi, Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını isə Şirvanşah I Axsitan sifarış etmişdir. Azərbaycan Müəllif hüquqları sisteminin yaradıcısı və əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olan böyük şəxsiyyət, ulu öndər Heydər Əliyev dövlətçiliyimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də öz əli ilə çəkmişdir.Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev "23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü" adlı geniş məruzə ilə çıxış etdi.O, məruzəsində kitabın yarandığı gündən bu günə qədər keçdiyi yol haqqında ətraflı məlumat verdi. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Əsrlərin humanizm və intibah carçısı kitab", kitabxanaçı Gülşən Allahverdiyeva "Kitab bilik mənbəyidir" adlı mövzularla çıxış etdilər. Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev, 12 saylı tam orta məktəbin şagirdləri dəvət olunmuşdur. Tədbirin sonunda "Ümumdünya Kitab və Müəllif Hüquqları Günü" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 40 nəfər iştirak etdi.