Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xalq yazıçısı Qılman İlkinin anadan olmasının 100 illiyi
  10.4.2014

   10 aprel 2014-cü il tarixində kitabxanada xalq yazıçısı Qılman İlkinin anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçiridi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, elə yazıçılar var ki, ədəbiyyatda səssiz-küysüz çalışır, yazıb yaradır, əsərləri ilə ədəbiyyatın yeni meyillərinin dərinləşməsinə bilavasitə təsir göstərirlər. Müasir Azərbaycan ədəbiyyatının, nəsrinin belə görkəmli simalarından biri xalq yazıçısı Qılman İlkindir. Yazıçının çağdaş nəsrimizdə diqqətəlayiq yeri və mövqeyi var. Q.İlkin ədəbiyyata, yaradıcılıq aləminə qırxıncı illərdə gəlmişdir. Ona böyük, zəngin, qaynar bir ömür yaşamaq qismət olmuşdur.Sonra tədbirin ədəbi hissəsində çıxışlar oldu. Zal müdiri Şövkət Məmmədova Qılman İlkinin həyat və yaradıcılığı haqqında,kitabxanaçı Turanə Nurməmmədova Qılman İlkinin 94 yaşında verdiyi müsahibə haqqında məlumat verdi.Böyük kitabxanaçı Məşuqə Hümbətova "Qılman İlkin və müasir nəsr" adlı mövzu ilə çıxış etdi.Tədbirin bədii hissəsində elektron lövhədə Qılman İlkinin ssenarisi əsasında çəkilmiş "Yenilməz batalyon" filmindən kadrlara baxış keçirildi.Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirin sonundə "Qılman İlkin-100" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 45 nəfər iştirak etdi.