Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalının ildönümü günü
  4.4.2014

   04 aprel 2014-cü il tarixində kitabxanada Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalının ildönümünə həsr edilmiş yığıncaq keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki,Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.Erməni işğalçıları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.Sonra zal müdiri Mətanət Rzayeva Kəlbəcər rayonu haqqında statistik məlumat verdi. Kitabxanaçı Güləsər Məbudova "Kəlbəcər rayonunun işğalı günü" adlı mövzu ilə çıxış etdi.Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirdə 30 nəfər iştirak etdi.