Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   31 Mart Azərbaycanlıların Soyqırımı günü
  31.3.2014

   31 mart 2014-cü il tarixində kitabxanada 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" adlı məruzə ilə çıxış edərək bildirdi ki,ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhərlərin,kəndlərin böyük bir hissəsini xarabalığa çevirmişlər. Sonra məruzə ətrafında çıxışlar oldu.İnformasiya bölməsinin müdiri Nuridə Səfərova "Soyqırımı qurbanlarının xatirəsi yaddaşlardan silinməyəcək", kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin kompüter texnologiyası üzrə mütəxəssisi Nuray Paşayeva "Azərbaycan Soyqırımı gerçəklikləri" adlı mövzularla çıxış etdilər.Tədbirin sonunda "31 Mart Azərbaycanlıların Soyqımı Günü" adlı sərgiyə baxış keçirildi. Tədbirə Musiqi Kollecinin tələbələri və fəal oxucular dəvət olunmuşdur.Tədbirdə 45 nəfər iştirak etdi.