Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xalqımızın milli bayramı Novruz
  19.3.2014

   19 mart 2014-cü il tarixində kitabxanada "Xalqımızın milli bayramı Novruz" adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki,hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət,həqiqi xalq ola bilməz.Elektron oxu zalının müdiri Mehriban Qulamova "Milli-mənəvi dəyərlərimizin qorunması" adlı məruzəsini ümummilli lider Heydər Əliyevin sözü ilə başladı: "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir".Ulu öndər milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü.Sonra kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Ordubadda Novruz bayramı", böyük kitabxanaçı Sevda Rzayeva "Novruz" milli birlik bayramıdır" adlı mövzularla çıxış etdilər. Tədbirin sonunda elektron lövhədə "Novruz" bayramı şənliklərinə və "Milli dəyərlərimiz" adlı sərgiyə baxış keçirildi.Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirdə 39 nəfər iştirak etdi.