Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Mehdi Hüseynin anadan olmasının 105 illiyi
  12.3.2014

   12 mart 2014-cü il tarixində kitabxanada görkəmli nasir və dramaturq Mehdi Hüseynin anadan olmasının 105 illiyi münasibətilə əsərlərinin müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, Mehdi Hüseyn ilk addımlarından son nəfəsinə qədər tam qırx il ərzində özünü vuruş cəbhəsinin ön xəttində duran döyüşçü kimi aparmışdır. O, ədəbiyyata aktual mövzu ilə gəlmişdir.Xalq yazıçısı Mehdi Hüseyn görkəmli dövlət xadimi, qüdrətli yazıçı olduğu kimi, həm də qüdrətli tənqidçi idi.Ədib məqalələrində qaldırdığı dövlət əhəmiyyətli problemlərə, publisist yazılarına da müasirlik mövqeyindən yanaşırdı.O, publisistikaya yaradıcılığında geniş yer verirdi.Sonra komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova Mehdi Hüseynin həyat və yaradıcılığı haqqında, Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova ədibin kitabxananın fondunda olan kitabları haqqında məlumat verdi. Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirdə 41 nəfər iştirak etdi.