Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   26 fevral Xocalı faciəsi günü
  26.2.2014

   26 fevral 2014-cü il tarixində kitabxanada Xocalı faciəsinə həsr edilmiş "Xocalı əsrin faciəsidir" adlı konfrans keçirildi.Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, Xocalı faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova "Xocalı qan yaddaşımızdır" adlı məruzə ilə çıxış etdi. İnformasiya bölməsinin müdiri Nuridə Səfərova "Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş ağır cinayətdir", kitabxanaçı Güləsər Məbudova "Xocalı soyqırımı əsrin faciəsidir" adlı mövzu ilə çıxış etdilər.Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirin sonunda elektron lövhədə Xocalı faciəsi ilə əlaqədar sənədli filmə və "Xocalı soyqırımı" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 36 nəfər iştirak etdi.