Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Ana Dili Günü
  18.2.2014

   18 fevral 2014-cü il tarixində kitabxanada Beynəlxalq Ana Dili Günü münasibətilə sərgi təşkil edildi. Sərgi "Beynəlxalq Ana Dili Günü" başlığı altında nümayiş edilir. Sərgidə 29 kitab nümayiş edilir. Sərgidə Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili” Salatın Əhmədovanın "Heydər Əliyevin dil siyasəti", “Heydər Əliyev və ədəbi-tarixi proses”, Əli Rza Xələflinin “Dilimiz-varlığımız”, Azərbaycan dilinin omonimlər lüğəti, Azərbaycan dilinin orfoqrafiya lüğəti, Azərbaycan uşaq ədəbiyyatı antologiyası, Yusif Seyidovun “Azərbaycan dili”, E.S.Maqsudovun “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri”, Adil Babayevin “Azərbaycan dili və nitq mədəniyyəti”, Bəxtiyar Tuncayın “Qafqaz Albanlarının dili və ədəbiyyatı”,Azərbaycan dilinin antonimlər lüğəti, Azərbaycan dilinin dialektoloji lüğəti,Afad Qurbanovun “Müasir Azərbaycan ədəbi dili” I cild, Məmmədağa Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları, ”Müasir Azərbaycan dili" I-II-III hissə, "Azərbaycan ədəbi dili tarixi" I-II-IV cild, Latın dili, Ə.Rəsulov, R.Rüstəmovun “Türk dili” və s. kitablar nümayiş edilir.Sərgi fevral ayının sonunadək davam edəcək.