Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xocalı soyqırımı
  13.2.2014

   13 fevral 2014-cü il tarixində kitabxanada "Xocalı soyqırımı" adlı sərgi təşkil edildi. Sərgidə 30 kitab nümayiş edilir. Sərgini təşkil etməkdə məqsədimiz Xocalı soyqırımının XX əsrin ən amansız faciə olduğunu oxuculara bir daha göstərmək, məlumat verməkdir.Sərgidə Hüseyn Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni”,Həvva Məmmədovanın “Azərbaycan xalq cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi”, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”,Esmira Orucova “Bizi əsirlikdən qurtarın”, Erməni terroru,Qarabağ,Ходжалы хроника геноцида, Abdulla Qurbaninin «Meşəli od içində”,Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı”,Vaqif Məmmədovun “Unutsaq unudularıq”, Nəzər Heydərovun “Zəngəzur dağlarında”,Vaqif İsaqoğlunun “Boz qurd”,İ.Vəlizadə, B.Muradovun “Ermənistan Azərbaycanlılarının soyqırımı”, Budaq Budaqovun “Vətən yanğısı”,Qan yaddaşımız,Soyqırım analardan başlanır, Cavid Səfərovun “Tükənməyən kin”,Vaqif Məmmədovun “Unutsaq unudularıq”,Nizami Məmmədovun “Erməni təcavüzü və tarixi həqiqətlər”,Niyaz Zeynalovun “İki ay erməni əsirliyində”,Abdulla Mustafayevin “Ermənistanın soyqırım departasiya siyasətində Naxçıvan”, M.S.Ordubadinin “Qanlı illər”,Xocalı Soyqırımı 20 il, Mirzəli Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər”,Fərəc Fərəcovun “Yaycı soyqırımı”,Cəlal Əliyev, Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, Vandalizm: Tarixi adlara qarşı soyqırımı,Erməni xəyanəti və s. kitablar nümayiş edilir.Sərgi fevral ayının sonunadək nümayiş ediləcək.