Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyi
  6.2.2014

   06 fevral 2014-cü il tarixində kitabxanada görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyi münasibətilə ədəbi-bədii gecə keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq bildirdi ki, söz və sənət tarixində o şəxslər korifeylik zirvəsinə ucala bilir ki, onlar xalqın, millətin və cəmiyyətin sivil inkişafına, mənsub olduğu dövlətin beynəlxalq arenada sayılıb-seçilməsinə öz fəaliyyətləri ilə istiqamət verib bu prosesdə fəal iştirak edirlər. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlil ilk gündən ədəbi-estetik mühitdə azərbaycançılıq ideologiyasınınbanisi kimi çıxış edərək Vətənin, dilin, millətin, dünya tərəqqisinə qoşulub, sayılıb seçilməsi ideyasını yaradıcılığının əsas devizi kimi qəbul etdi.Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova "Bütün zamanların müasiri:Cəlil Məmmədquluzadə" adlı məruzə ilə çıxış edərək bildirdi ki,dövrünün ədəbi-bədii, ictimai fəaliyyət meydanında yüksək enerji və milli təəssübkeşlik fəaliyyəti göstərən Mirzə Cəlil zəmanəsinin inkişaf proseslərinin ehtiyacından doğan "Molla Nəsrəddin" jurnalını yaratdı.XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəsr üslubu, yeni dil gətirən, ictimai-siyasi, ədəbi-mədəni intibaha öz gəlişi ilə ikiqat intibahlıq ruhu bəxş edən "Molla Nəsrəddin" həm də azadlıq, demokratiya, tərəqqi uğrunda mübarizənin zirvə tribunasına çevrildi. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra abonement şöbəsinin müdiri Azadə Qədimova "Cəlil Məmmədquluzadə və milli ideya" adlı mövzu ilə çıxış etdi.Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirin sonunda "Cəlil Məmmədquluzadə-145" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 36 nəfər iştirak etdi.