Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   M.S.Ordubadinin anadan olmasının 140 illik yubileyi
  27.3.2012

   27 mart 2012-ci il tarixdə M.S.Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Sonra konfransda kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “Ədəbiyyatımızın ustad müasiri”, informasiya bölməsinin müdiri Nuridə Səfərova “M.S.Ordubadi irsi” adlı mövzularla çıxış etmişlər. Daha sonra kitabsaxlayıcı şöbənin müdiri Tamella Əsgərova M.S.Ordubadinin əsərləri haqqında məlumat vermişdir. Tədbirə Texniki Kollecin tələbələri, Musiqi Kollecinin tələbələri, fəal oxucular dəvət olunmuşdur. Tədbirin sonunda “M.S.Ordubadi – 140” adlı sərgiyə baxış keçirildi.