Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Naxçıvan Muxtar Respublikasının 90 illiyi
  23.1.2014

   Dördüncü çağırış Naxçıvan MR Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü il Naxçıvan Muxtar Respublikasında "Muxtariyyət ili" elan olunması və Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncama əsasən kitabxanada tədbirlər planı hazırlanmışdır. Tədbirlərdən biri 23 yanvar 2014-cü il tarixində kitabxanada təşkil edilmiş "Naxçıvan Muxtar Respublikası -90" adlı sərgidir. Sərgidə Naxçıvanın tarixinə,təbiətinə, coğrafiyasına, iqtisadiyyatına, arxeologiyasına,incəsənətinə, ədəbi mühitinə və s. sahələrinə dair 97 kitab nümayiş edilir. Sərgidə Heydər Əliyev "Müstəqilliyimiz əbədidir",Abbas Seyidovun “Naxçıvan e.ə.VII-II minilliklərdə”, Naxçıvan Muxtar Respublikasının konstitusiyası, İntibahın 15 ili, Naxçıvan Muxtar Respublikası – 85,Naxçıvanda seçkilərin tarixi 1937-2002 ensiklopedik toplu,Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası,Naxçıvan Muxtar Respublika ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri,Naxçıvan: inkişafın 16 ili,Naxçıvan abidələri ensiklopediyası,Naxçıvan ensiklopediyası, Naxçıvan folkloru I c.-II c.-III c.,Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan,Məmməd Məmmədovun “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”, Vidadi Muradovun “Naxçıvan xalçaçıları”,İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” Yavuz Axundlunun “Məmməd Səid Ordubadi”,Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri", Hüseyn Cavidin "Dram əsərləri",Məmməd Arazın “Naxçıvan albomu”, Abdulla Qurbaninin “Gəzdim Naxçıvanı mən səngər-səngər”,Elman Həbibin “Bu, mən görən şəhər deyil”,Zahid Məmmədovun “Naxçıvanın təbii sərvətləri”, Səfərəli Babayevin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası”,Akif Axundov, Sevindik Vəliyevin “Naxçıvan ədəbi mühiti”,Naxçıvan Muxtar Respublikasının 100 yaşlıları “Hər kim yüz il yaşamasa...”,Naxçıvan Muxtar Respublikasının qırmızı kitabı,Naxçıvan Duzdağının qədim duz mədənləri, İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı” (1991-2011-ci illər),Həmzə Cəfərovun “Naxçıvanda təhsil: inkişaf yolu və imkanları”, İlham Rəhimli, Cəlil Vəzirov “Naxçıvan teatrı”, Naxçıvan milli geyimləri,Sona Teymurbəyli-Rəhimli “Naxçıvan Muxtar Respublikasında yaşayıb yaradan qadınlarımız", Naxçıvan ictimai-siyasi, ədəbi-bədii,elmi-publisistik jurnal,Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan, Rafail Kərimovun "Naxçıvan musiqi mədəniyyəti tarixindən" və s. kitablar nümayiş edilir. Sərgi ilin sonunadək nümayiş ediləcək.