Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   20 Yanvar Ümumxalq Hüzn Günü
  12.1.2014

   17 yanvar 2014-cü il tarixində kitabxanada "20 Yanvar" başlığı altında sərgi təşkil edildi. Sərgini təşkil etməkdə məqsədimiz 1990-cı ilin yanvar ayında başdan-ayağadək silahlanmış rus ordusu tərəfindən əliyalın xalqımızın başına gətirilən müsibətləri gənc nəslə aşılamaqdır.Sərgidə 29 kitab nümayiş edilir.Sərgidə Vüqar Əsgərovun “Azərbaycanın Milli Qəhrəmanları”,Rizvan Zeynalovun “Azərbaycanın Milli Qəhrəmanları”,Ot kökü üstə bitər,N.M.Məmmədovun “Vətən dərdi”,Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Tofiq Seyidovun “408 Sədərəkli döyüşçü kimi unudulmazdır”,Vaqif Məmmədovun “Unutsaq unudularıq”, Vandalizm:Tarixi adlara qarşı soyqırımı, Vasif Səmədov, Salar Aslanovun “Təki Vətən yaşasın”, Юрий Помпеев «Кровавый о тут Карабаха»,Муртуз Садыхлы «Ответ тебе даст история…»,Famil Süleymanovun “Qana boyanmış quran”,Şahidlər 20 yanvar 1990,Qulu Kəngərlinin “Qara yanvar şəhidləri”,Erməni xəyanəti, İsmayıl Vəliyevin “Qara gündəlik”,Rafiq Səməndərin “Şəhidlər”,Vaqif Məmmədovun "Qeyrət qalası" və s. kitablar nümayiş edilir.Sərgi yanvar ayının sonunadək nümayiş ediləcək.