Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  7.1.2014

   07 yanvar 2014-cü il tarixində kitabxanada "Yeni kitablar" sərgisi daha yeni kitablarla zənginləşdirildi. Sərgidə nümayiş edilən kitablar nəşr illərinə görə müxtəlif olsa da kitabxanaya yeni daxil olmuşdur.Sərgidə nümayiş edilən kitablar müxtəlif elm sahələrinə aiddir. Sərgidə 20 kitab nümayiş edilir. Kitablardan İsa Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”,İlham Əliyevin “Bakı –Yeni inkişaf dövrü” Ic-IIc., Zəlimxan Yaqubun “Millətdə, dövlətdə, sənətdə”, “Əsərləri” IXc., "Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq xor əsərlərində ifaçılıq xüsusiyyətləri",Adil Məmmədovun “Tibbi biliklərin əsasları”,Tibb bacısının məlumat kitabı,Elgün Babazadənin “Gəncə xanlığının tarixindən”, Amil Əsgərovun “Məktəblilərin ekoloji tərbiyəsi”, “Musiqi tarixi”,F.H.Qasımov, Z.M.Nəcəfov “İnnovasiyalar: yaranması, yayılması və inkişaf perspektivləri”,Hidayət Orucovun “Əsərləri” Ic- IIIc-VIIc.,Tahir Əmiraslanovun “Mətbəx dastanı” və s.nümayiş edilir.Sərgi daimi olduğu üçün ilboyu nümayiş edilir.