Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ümummilli lider Heydər Əliyevin Anım Günü
  11.12.2013

   11 dekabr 2013-cü il tarixində kitabxanada ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışmışdı. O ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkədə hərc-mərclik, xaos hökm sürürdü,ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli liderin yeritdiyi siyasət nəticəsində xalqımız bu bəlalardan qurtuldu. O, müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı.Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova "Azərbaycanı dünyaya saydıran insan" adlı geniş məruzəsində bildirdi ki, ümummilli lider Heydər Əliyevin əbədilik qazanmasının səbəbi onun maddiyyatdan çox mənəviyyata üstünlük verməsində idi.Tarixin bəxş etdiyi bu nadir şəxsiyyət bütün həyatını Azərbaycanın inkişafına, xalqın xoşbəxtliyinə həsr etmişdir. O, canı qədər sevdiyi Azərbaycanı özünün qibləgahı adlandırırdı.Sonra kitabxananın komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Heydər Əliyev bizim qəlbimizdə yaşayacaqdır", böyük kitabxanaçı Nuriyyə Cəfərova "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", Naxçıvan Özəl Universitetinin II kurs tələbəsi Könül Məhərrəmli "12 dekabr Heydər Əliyevin anım günüdür" adlı mövzularla çıxış etdilər.Tədbirə Naxçıvan Özəl Universitetinin tələbələri dəvət edilmişdir. Tədbirin sonunda elektron lövhədə liderin həyatının müxtəlif dönəmləri işıqlandırıldı və oxu zalında təşkil edilmiş daimi guşəyə baxış keçirildi. Tədbirdə 40 nəfər iştirak etdi.