Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxanaların gənclərin həyatında rolu
  6.12.2013

   06 dekabr 2013-cü il tarixində kitabxanada 3№li tam orta məktəblə birlikdə "Kitabxana Günü" münasibətilə "Kitabxanaların gənclərin həyatında rolu" mövzusuna həsr edilmiş tədbir keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki, internet əsri olmasına baxmayaraq kitabxanaya gənclərin gəlişi gün-gündən artır. Gənc oxucular kitabxanaya dərs vəsaitləri, elmi-kütləvi ədəbiyyat, bədii əsərlər üçün müraciət edirlər. Kitabxananın fondu oxucuların marağına uyğun olaraq komplektləşdirilir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova kitabxanada oxuculara xidmətin təşkili haqqında geniş məlumat verdi.3№li tam orta məktəb kitabxanasının müdiri Nihalə Abazərli "Kitabxanaların gənclərin həyatında rolu" adlı mövzu ilə çıxış etdi.X sinif şagirdi Mirqabil Əkbərov kitab və kitabxanaya münasibətini açıqladı.Tədbirin sonunda şagirdlər kitabxananın elektron oxu zalı və oxucu köşkü ilə tanış oldular. Tədbirdə 35 nəfər iştirak etdi.