Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Dirçəliş Günü
  15.11.2013

   15 noyabr 2013-cü il tarixində kitabxanada Milli Dirçəliş Günü münasibətilə "Milli Dirçəliş Günü xalqı azadlığa aparan yoldur" mövzusuna həsr edilmiş konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki, əsrlər boyu xalqımız əzəli arzusu olan istiqlalına can atıb. 1988-ci il noyabrın 17-də azadlıq və istiqlaliyyət arzusunda olan xalq öz qəti sözünü deməkdən, gücünü, birliyini, əzmini göstərməkdən ötəri meydanlara axışdı.Həmin dövrdən də tariximizdə milli azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı.Sonra informasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva "Milli dirçəliş-fəxrimiz, iftixarımız,qürur mənbəyimizdir" adlı məruzə ilə çıxış etdi. Zal müdiri Mehriban Qulamova "Naxçıvandan başlanan milli dirçəliş", proqramçı Zenfira Quliyeva "17 noyabr-Milli Dirçəliş Günüdür" adlı mövzularla çıxış etdilər.Tədbirə Naxçıvan Texniki Kollecin tələbələri dəvət edilmişdir. Milli Dirçəliş Günü ilə əlaqədar Kollecin tələbələrinin ifasında şerlər bədii qiraət edildi.Tədbirin sonunda "Milli Dirçəliş Günü" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 34 nəfər iştirak etdi.