Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Dövlət Müstəqilliyi Günü
  14.10.2013

   14 oktyabr 2013-cü il tarixində kitabxanada 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə "Müstəqilliyimiz əbədidir" adlı sərgi təşkil edildi. Sərgidə 30 kitab nümayiş edilir. Sərgidə Qayıdış 1990-1993, Heydər Əliyev “Müstəqilliyimiz əbədidir”, "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan", "Azərbaycanı dünyaya saydıran insan", "Heydər Əliyev və Azərbaycan parlamenti" ,"Zamanı qabaqlayan dahi", Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili”, Kamil Kamranoğlunun “Xatirələrdə yaşayan dahi insan”, Həsən Mirzəyevin “Müstəqillik uğrunda mübarizə yollarında”,Ramiz Mehdiyevin “Azərbaycan : tarixi irs və müstəqillik fəlsəfəsi”,Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində : müstəqilliyə aparan yollar”,Yusif Vəzir Çəmənzəminlinin “Müstəqilliyimizi istəyiriksə...”, Həvva Məmmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi (1918-1920),"Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası",İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”,Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, Məmməd Məmmədovun “ Naxçıvan dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”,Həmzə Cəfərov, Abdulla Mustafayevin “ Milli müstəqillik və azadlıq uğrunda mübarizə tarixinin Naxçıvan səhifələri” və s. adlı kitablar nümayiş edilir. Sərgi oktyabr ayının sonunadək nümayiş ediləcək.