Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Musiqi Günü
  13.9.2013

   13 sentyabr 2013-cü il tarixində kitabxanada 18 sentyabr “Milli Musiqi Günü” münasibətilə konfrans keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki, Üzeyir Hacıbəyov öz sənətində Azərbaycan xalq musiqisinin bütün janrlarının-mahnıların, rəqslərin, muğam və aşıq yaradıcılığının üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Əbədiyaşar sənətkar" adlı məruzə ilə çıxış etdi. O,çıxışında bildirdi ki,Üzeyir Hacıbəyovun yaradıcılığı doğma Azərbaycanın hüdudlarını çoxdan aşaraq, müasir musiqi mədəniyyətinin görkəmli hadisəsinə çevrilmişdir. Yer kürəsinin milyonlarla insanı bu musiqini dinləyərək, bütün köklərilə öz xalqının folkloru ilə bağlı olan və dünya musiqi mədəniyyətinin nailiyətlərini mənimsəyən sənətkarın yaradıcılığına bələd olmuşdur. Sonra məruzə ətrafında çıxışlar oldu. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Böyük musiqi diyarının Üzeyir bayramı" adlı,komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Muğam bizim keçmişimiz və gələcəyimizdir" adlı mövzularla çıxış etdilər. Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirin sonunda elektron lövhədə Azərbaycan xalq mahnıları, klassik romansları səsləndirildi və "Milli Musiqi Günü" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 38 nəfər iştirak etdi.