Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xalq artisti, bəstəkar Arif Məlikovun anadan olmasının 80 illiyi
  11.09.2019

   11 sentyabr 2013-cü il tarixində kitabxanada xalq artisti, bəstəkar Arif Məlikovun anadan olmasının 80 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki,Arif Məlikov bu gün də mədəniyyətimizin tərəqqisi uğrunda çalışaraq, XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında şərəfli bir yer tutur.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Böyük ömrün sonsuzluğu-Arif Məlikov" adlı mövzu ilə çıxış etdi.O, çıxışında bəstəkarın keçdiyi həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verdi.Sonra kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Məhəbbət əfsanəsi"ndən başlanan şöhrət yolu" adlı mövzu ilə çıxış etdi. O, çıxışında bildirdi ki,A. Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz musiqisində milli musiqi incilərinə yeni həyat vermişdir.Sənət yolunun müxtəlif mərhələlərində bəstəkar səhnə musiqisinə maraq göstərmiş, baletlər, operetta,dram tamaşalarına musiqi bəstələmişdir.Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirin sonunda elektron lövhədə bəstəkarın əsərləri səsləndirildi.Tədbirdə 36 nəfər iştirak etdi.