Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Məmməd Arazın anadan olmasının 80 illiyi
  6.9.2013

   06 sentyabr 2013-cü il tarixində kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirildi.Tədbiri giriş sözü ilə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova açdı. O, bildirdi ki,Məmməd Araz poeziyasında hər bir oxucu öz hisslərini , düşüncə və təfəkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova Məmməd Arazın həyat və yaradıçılığı haqqında geniş məlumat verdi. Sonra kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova müəllifin kitabxananın fondunda olan kitabları haqqında oxuculara məlumat verdi. Tədbirə fəal oxucular dəvət olunmuşdu. Tədbirin sonunda kitabxanada təşkil edilmiş "Məmməd Araz-80" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 40 nəfər iştirak etdi.