Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Azərbaycan Muğamı Günü
  23.8.2013

   23 avqust 2013-cü il tarixində kitabxanada "Beynəlxalq Azərbaycan Muğamı Günü"nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açdı. O, bildirdi ki, Azərbaycan muğamının müasir tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Bu xidmətlər sayəsində muğam ifaçılığı intibah dövrünü yaşayır.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür" adlı məruzə ilə çıxış etdi. O, keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr haqqında geniş məlumat verdi. Sonra kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Qədim sənətə yeni qayğı" adlı mövzu ilə çıxış etdi. O çıxışında bildirdi ki, Azərbaycan muğamları tarix boyu özünəməxsus inkişaf prosesində ictimai-siyasi hadisələrin təsiri altında təkmilləşmiş, müasir formaya düşmüşdür.Muğamatda hər bir tarixi dövrün, zamanın əks-sədası təcəssümünü tapmışdır.Tədbirə fəal oxucular dəvət olunmuşdur. Tədbirin sonunda "Beynəlxalq Azərbaycan Muğamı Günü" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 34 nəfər iştirak etdi.