Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Azərbaycan Muğamı Günü
  13.8.2013

   13 avqust 2013-cü il tarixində kitabxanada 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə "Beynəlxalq Azərbaycan Muğamı Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə 32 kitab, səsyazma sidilər, qrammofon valları nümayiş edilir. Sərgidə Z.Səfərovanın ”Azərbaycan musiqi elmi”, R.Zöhrabovun “Muğam”, “Azərbaycan zərbi muğamları”,F.Əzimlinin ”Azərbaycan muğam məktəbi”,E.Babayevin “Azərbaycan muğam dəstgahlarında ritmintonasiya problemləri”,T.Bakıxanovun ”Humayun”, ”Nəva”,”Rahab” simfonik muğamları və s., Xarici dillərdə - V.Abdulqassimov ”Azerbaijanian tar”, P.Зохрабов «Азербайджанские теснифы», E.Бабаев «Ритмика Азербайджанского дестгяха» və s.,Səsyazma sidilər-M. Əliyevanın ”Qarabağ xanəndələri” (Albom),Bəhram Mansurov (albom)və s., Qrammofon valları-Zülfü Adıgözəlov,Baba Mirzəyev,Yaqub Məmmədov, Əbülfət Əliyev,Bəhram Mənsurov, Kamil Cəlilov və s.nümayiş edilir.Sərgi avqust ayının sonunadək nümayiş ediləcək.