Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Mətbuat Günü
  19.7.2013

   19 iyul 2013-cü il tarixində kitabxanada Milli Mətbuat Günü münasibətilə "Əkinçi" qəzeti Azərbaycanda milli mətbuatın əsasını qoydu" adlı mövzuya həsr edilmiş konfrans keçirildi.Konfransı giriş sözü ilə kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, çıxışında bildirdi ki,Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi,iqtisadi müstəqilliyinin gücləndirilməsi,jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova “Əkinçi” qəzeti Azərbaycanda milli mətbuatımızın əsasını qoydu" adlı məruzəsində bildirdi ki, xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaradan,ictimai-mədəni tariximizdə silinməz izlər qoyan “Əkinçi” insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş,milli oyanış və özünüdərk prosesinin aparıcı mətbu nümunəsi kimi tariximizdə qalmışdır.Sonra məruzə ətrafında çıxışlar oldu. Depozitar bölmənin müdiri Solmaz Sultanova "Milli mətbuatın yaranması" adlı, qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova "Milli mətbuatımız bizim dünənimizin, bu günümüzün, gələcəyimizin güzgüsüdür" adlı mövzu ilə çıxış etdilər.Tədbirin sonunda "Milli Mətbuat Günü" adlı sərgiyə baxış keçirildi.Tədbirə fəal oxucular dəvət olunmuşdu.Tədbirdə 27 nəfər iştirak etdi.