Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Mətbuat Günü
  16.7.2013

   16 iyul 2013-cü il tarixində kitabxanada Milli Mətbuatımızın yaranması günü münasibətilə "Milli Mətbuat Günü" adlı sərgi təşkil edildi.Sərgini təşkil etməkdə məqsəd oxucuları milli mətbuatımızın keçdiyi ağır və əzablı yollar ilə tanış etmək,xalqımızın təşəkkül tapmasında, təkmilləşməsində milli mətbuatın nə qədər önəmli olduğunu çatdırmaqdır.Sərgidə 32 kitab nümayiş edilir.Sərgidə "Azərbaycan mətbuatı tarixi” -I- II hissələr,“Yeni Füyuzat” jurnalı, “Əkinçi”, “Molla Nəsrəddin”- I cild, “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən, Naxçıvan Dövlət Universitetində nəşriyyat işi, "Jurnalist", "Jurnalist əməyi qeyri-adi əməkdir", Muxtar Respublika Mətbuatı dünən və bu gün,M.Məmmədovun “Şərqin qapısı Naxçıvan”,Rəhilə Gülgünün “Xəbərin rəngi”, Qulam Məmmədlinin “Molla Nəsrəddin”, Əziz Şərifin “Molla Nəsrəddin necə yarandı”, Ataxan Paşayevin “Molla Nəsrəddin” dostları, düşmənləri,İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri”, Abid Tahirlinin “Azərbaycan mühacirət mətbuatı” və s.adlı kitablar nümayiş edilir.Sərginin nümayişi iyul ayının sonunadək davam edəcək.