Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
  24.6.2013

   24 iyun 2013-cü il tarixində kitabxanada "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü" adlı sərgi təşkil edildi.Sərgini təşkil etməkdə məqsəd oxucuları vətənimizin dincliyi, bütövlüyü,xalqımızın firavan,sülh şəraitində yaşaması üçün canlarından keçmiş qəhrəmanlarla tanış etməkdir.Sərgidə 30 kitab nümayiş edilir.Sərgidə Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” 40-cı kitab, Abdulla Qurbaninin “Mənim hərbi litseyim”,“Yenilməz qalanın müdafiəsində”,“Mətinlik məktəbi”,“Cəbhə bölgəsi",“ Meşəli od içində”,“Qartallar zirvədə məskən salırlar”,“Generalın yubileyi”,Sara Əzimovanın “İbad”,Ə. Şıxlinskinin “Xatirələrim”,Vaqif İsaqoğlunun “Boz qurd”,Əlizaminin “Vətən fədailəri. Ağdam şəhidləri”, Fəzail Ağamalının “Müstəqilliyimiz əbədidir, sarsılmazdır”,Rizvan Zeynalovun “Azərbaycanın milli qəhrəmanları”,Ramiz Duyğunun “Silkələn torpağım, püskür torpağım”,Azərbaycan Respublikası silahlı qüvvələrinin müvəqqəti daxili xidmət nizamnaməsi,Müstəqil dövlətimiz və parlamentimiz,Azərbaycan Respublikasının müdafiə nazirliyinin hərbi məktəbləri,Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təhsil sistemi,Xəlil Fətəliyevin “Məktəbli gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” və s. adlı kitablar nümayiş edilir.Sərgi iyun ayının sonunadək nümayiş ediləcək.