Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Qurtuluş Günü
  12.6.2013

   12 iyun 2013-cü il tarixində kitabxanada Milli Qurtuluş Günü münasibətilə "Qayıdışdan qurtuluşa" adlı konfrans keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı.O, qeyd etdi ki, tarixən öz müstəqilliyi və müqəddəratı uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə tarixin və taleyin ən ağır sınaqlarından mətanətlə çıxan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həlledici rolu və önəmi var. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha inamı sarsılmış bir xalqın özünə qayıdışı, öz içində inama və ümidə tutunması ilə əlamətdardır.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Xilaskar və qurucu rəhbər" adlı məruzə ilə çıxış etdi.O, məruzəsində bildirdi ki, ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlik və əldə olunan atəşkəs nəticəsində ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası hazırlanıb.Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olunub, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr qurulub.Sonra kitabxananın əməkdaşlarından Gülşən Allahverdiyeva "Böyük qurtuluşun banisi" adlı,Zenfira Quliyeva "Qayıdışdan qurtuluşa" adlı mövzularla çıxış etdilər.Tədbirə Naxçıvan Özəl Universitetinin tələbələri dəvət olunmuşdur. Tədbirin sonunda "15 İyun- Milli Qurtuluş Günü" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 36 nəfər iştirak etdi.