Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
  2.5.2013

   02 may 2013-cü il tarixində kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirildi.Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışdı. Kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Heydər Əliyev və qadın siyasəti” adlı məruzə ilə çıxış etdi. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev "Heydər Əliyevin siyasi fəaliyyəti",musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", kitabxanaçı Xəyalə Ağayeva "Heydər Əliyev və Azərbaycan gəncliyi"adlı mövzularla çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, onun dünya miqyasında böyük siyasətçi, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi, paklıq və mənəvi təmizliyin təcəssümü kimi xüsusiyyətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev istər 1969-1982-ci illərdə, istərsə də 1993-cü ildən müstəqil Azərbaycana rəhbərlik edərkən bütün istiqamətlərdə inkişafa nail olmuşdur. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində təcavüzə məruz qalan, parçalanma təhlükəsi ilə üzləşən, xaos yaşanan bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək ölkəni xilas edən, inkişaf yoluna çıxaran bu böyük insan hər kəsin qəlbində özünə əbədi abidə ucaltmışdır.Tədbirə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşları, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi dəvət olunmuşdur. Tədbirdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət etdilər.Tədbirin sonunda Heydər Əliyev guşəsinə baxış keçirildi. Tədbirdə 46 nəfər iştirak etdi.