Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
  23.4.2013

   23 aprel 2013-cü il tarixində kitabxanada "Ümumdünya Kitab və Müəllif Hüquqları Günü"nə həsr olunmuş konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirmişdir ki,YUNESKO-nun 1995-ci il tarixli qərarı ilə 1996-cı ildən hər il aprel ayının 23-ü bütün dünyada “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd kitabın bəşər mədəniyyətinin inkişafında oynadığı rola diqqət çəkməkdir.O, vurğulamışdır ki, kitab əsrlər boyu xalqlar arasında mədəni əlaqələrin qurulmasında böyük rol oynamış, bəşəriyyətə humanizm və intibah carçısı kimi xidmət etmişdir. Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova əlamətdar günlə bağlı məruzə ilə çıxış etmişdir.Məruzədə Azərbaycanda kitab mədəniyyətinin çoxəsrlik tarixinə toxunulmuş, kitabın xalqımızın mənəvi-ictimai həyatındakı əvəzsiz rolundan bəhs olunmuşdur. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev çıxışında kitabın həyatımızın müxtəlif sahələrinə dair bilik mənbəyi, həmçinin bu bilik və elm xəzinəsini bu günə daşıyan əvəzsiz vasitə olmasından danışmışdır.Kitabxananın əməkdaşı Minayə Nəbisoy çıxış edərək kitabı bəşəriyyətin ən dəyərli kəşfi kimi qiymətləndirmişdir.Vurğulanmışdır ki, kitablar insanların maariflənməsində və savadlanmasında, tarixi minilliklərlə ölçülən adət-ənənələrin yaşadılmasında misilsiz bir xəzinədir. Kitabxanaçı Vəsilə Cəfərova çıxışında Azərbaycanda müəllif hüquq sisteminin tətbiqindən danışaraq bu sistemin Azərbaycanda yaradıcısının xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin təsdiq etdiyi “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin tənzimlənməsində böyük rol oynamışdır. Azərbaycan Respublikası 1996-cıildən bu sahədə beynəlxalq konvensiyalara qoşulmuş, ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmışdır.Tədbirə Naxçıvan Özəl Universitetin tələbələri dəvət olunmuşdur. Tədbirin sonunda "Ümumdünya Kitab və Müəllif Hüquqları Günü" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 46 nəfər iştirak etdi.