Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" adlı konfrans
  29.3.2013

   29 mart 2013-cü il tarixində kitabxanada "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, qeyd etdi ki, ermənilərin XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına qarşı yürütdükləri soyqırımı və deportasiya siyasəti inkarolunmaz tarixi həqiqətdir.Böyük kitabxanaçı Nuriyyə Cəfərova "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" adlı məruzə ilə çıxış etdi. Sonra kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova "Azərbaycan Soyqırımı gerçəklikləri", kitabsaxlayıcı şöbənin müdiri Tamella Əsgərova "Erməni millətçilərinin qanlı cinayətləri" adlı mövzu ilə çıxış etdi. Tədbirə Musiqi Kollecinin kitabxanaçılıq fakultəsinin tələbələri dəvət olunmuşdur. Tədbirin sonunda kitabxanada yaradılmış "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" adlı sərgiyə baxış keçirildi. Tədbirdə 45 nəfər iştirak etdi.